Fransa millisinin sabiq hücumçusu Cibril Sisse peşəkar futbola qayıtmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, onun dediklərini “Canal Plus” yayıb.
Sisse hətta pulsuz oynamağa hazır olduğunu açıqlayıb: “Liqa 1-də 100 oyunda cəmi 4 qol vurmağım xoşuma gəlmir. Bu göstəricimi yaxşılaşdırmaq istəyirəm. Klublardan biri mənə oynamaq şansı versə, bunu pulsuz edəcəm”.
41 yaşlı Sisse “Liverpul”, “Olimpik Marsel”, “Sanderlend”, “Panatinaikos”, “Latsio”, “Kvins Park Reyncers” və “Kuban Krasnodar” kimi klublarda çıxış edib. Ümumilikdə klub karyerası ərzində 554 oyun keçirib və 236 qol vurub. O, karyerasını 2014/2015 mövsümündən sonra Fransa “Bastia” komandasında bitirib.
Follow @7timesaz