Mövsümün əvvəlində A seriyasında dopinq testi müsbət çıxan və sentyabrın 12-də futboldan müvəqqəti uzaqlaşdırılan Pol Poqba böyük təhlükə ilə üz-üzədir.
Fanat.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, İtaliya Antidopinq Prokurorluğu ulduz yarımmüdafiəçinin 4 il futboldan uzaqlaşdırılmasını istəyib.
Cəza təyin olunarsa, futbolçu indiyədək dopinqə görə ən ağır cəza alan futbolçu olacaq. Belədə o, 2027-ci ildən əvvəl futbola qayıda bilməyəcək.
Xatırladaq ki, 30 yaşlı Poqba testosteron testi müsbət çıxdığı üçün müvəqqəti olaraq cəzalandırılıb.
Follow @7timesaz