Siyasət

Gəncənin raket atəşinə tutulması barədə – BƏYANAT

"Cəzasız qalma yeni hərbi cinayətləri törətməyə imkan yaradır”.

Gəncənin raket atəşinə tutulması barədə – BƏYANATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın NOİ.MD informasiya portalında Azərbaycanın Moldovadakı səfirliyinin açıqlaması yayımlanıb.

7times.az xəbər verir ki, “Azərbaycan”: Cəzasız qalma yeni hərbi cinayətləri törətməyə imkan yaradır” sərlövhəli yazıda humanitar atəşkəsi pozan və bu atəşkəsin arxasında gizlənən Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri Gəncə əhalisinin sıx məskunlaşdığı yaşayış hissəsini atəşə tutması qeyd olunub.

“Ermənistan Azərbaycan mülki vətəndaşlarına hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”, – deyə səfirliyin bəyanatında bildirilir.

Bundan əlavə bəyanatda vurğulanır ki, 10 oktyabr saat 12:00-da humanitar atəşkəsin qüvvəyə minməsindən yarım saat sonra, 12:30-da Azərbaycan Müdafiə Nazirliyi Tərtər və Ağdam bölgələrinin düşmən tərəfindən atəşə tutulması ilə bağlı təcili məlumat verib. Düşmənin silahlı qüvvələrinin birləşmələri cəbhənin müxtəlif istiqamətlərində hücuma keçməyə cəhd ediblər. “Bu, yalnız atəşkəsin deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinin, 1949-cu il Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının birbaşa qəsdən pozulmasıdır” – bəyanatda deyilir.

Yazıda qeyd olunur ki, 11 oktyabr saat 02:00 radələrində, Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzində yerləşən yaşayış binasına raket zərbəsi nəticəsində 10 nəfər həlak olub, 30-dan çox mülki şəxs, o cümlədən uşaqlar ağır yaralanıb, çox sayda mülki obyektlərə ziyan dəyib. Qocaların, uşaqların, qadınların yaralandığı qeyd olunur.