Aktual

“Gökbey” helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər

“Gökbey” helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Gökbey” helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər.

7Times.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Baş direktoru Temel Kotil deyib.

O bildirib ki, bu gün “Texnofest Azərbaycan”da nümayiş etdirilən “Gökbey” helikopterlərinin kütləvi istehsalına artıq başlanılıb: “Azərbaycana da bu helikopterlərin alınmasını təklif edirik. Tamamilə yerli istehsal olan bu helikopterlərin bəzi hissələri sonradan Azərbaycanda da hazırlana bilər. Sözügedən helikopterin hazırlanmasında təcrübəmizi də bölüşməyə hazırıq” – o qeyd edib.