Göyçayda güllələnmə hadisəsi baş verib.
7times.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, hadisə rayonun Çarxanlı kəndində baş verib. Göyçay Rayon Polis Şöbəsinə dekabrın 25-də saat 1 radələrində Çarxanlı kəndi ərazisində kənd sakini T.Qasımovun atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi R.Qasımovun xəsarət alması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən müvafiq sənədləri olan “TOZ-53” markalı ov tüfəngi götürülüb.
R.Qasımov xəstəxanaya yerləşdirilib.
Araşdırmalar aparılır.
Follow @7timesaz