Hadisə

Göygöldə 22 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı saxlanılıb

Göygöldə 22 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M.Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7Times.az-a verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə Göygöl rayonunda yerləşən istirahət məkanlarının birində qeydə alınıb. Qətl qısqanclıq zəminində törədilib.