Göygöl rayon Mollacəlilli kəndində qonşular arasında mübahisə yaşanıb, fərdi evdə yanğın olub.
“Report”un Qərb bürosunun məlumatına görə, Göygöl rayon Mollacəlilli kəndində ümumi sahəsi 84 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yanğın olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən bölmələri cəlb olunub və yanğın söndürülüb.
Hadisə zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Kamalə Namazovanın halı pisləşib və o, xəstəxanaya yerləşdirilib.
Zərərçəkmişin yaxınlarının bildirdiyinə görə, ev sahibi ilə qonşusu arasında mübahisə yaşanıb və bundan sonra həmin qonşu evi yandırıb.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz