Sağlamlıq

Gündüz yuxusu təşviş və travmaları gücləndirir

Gündüz yuxusu təşviş və travmaları gücləndirirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ural universitetinin alimləri alman alimlərlə birgə günorta yuxusunun nə dərəcədəmfaydalı olmasını araşdırıb.

7Times.az  medicina.az-a istinadla xəbər verir ki, neyrobioloqlar emosional travması olan insanlara gündüz yuxusunun faydalı olmadığını deyir.
“Gün ərzində yuxu yaddaşda təşvişli və qorxulu hadisələri aktivləşdirir.

Ona görə də bəzi pasiyentlərin reabilitasiyasında gündüz yuxusu effektsizdir. Məsələn, qəza, müharibə, zorakılıqdan çıxanlar, panik ataklar və itkilərdən sonra xəstələrin günorta yuxusuna getməsi əksinə, yaddaşıda təşviş proseslərini canlandırır”.

Qeyd edək ki, xatirələrin transformasiyası yuxuda baş verir.

Bəzən travmalı xəstələrin daha çox yatmasına çalışırlar ki, yuxuda xatirələr transformasiya olunsun.
Lakin eksperiment göstərib ki, qısa gündüz yuxusu əksinə təsir edir və xəstələrin təşvişini artıra bilər.

Ona görə də pasiyentlər daha çox gecə yuxusu almalıdır, gündüz isə neytral filmlər izləyə bilərlər.