Manşet

Hacıqabulda ağır qəza, 6 yaralı – FOTO

Xəsarət alanlardan 4-ünün vəziyyəti ağırdır.

Hacıqabulda ağır qəza, 6 yaralı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabulda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

7times.az-ın məlumatına görə, hadisə rayonunun Pirsaat kəndində qeydə alınıb.

Belə ki, iki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bunlar sürücü Füzuli rayon sakini, 1975-ci il təvəllüdlü Nəsirov Mətləb Bəhlul oğlu, onun həmyerliləri 1988-ci il təvəllüdlü Əsədov Fürsət Həbib oğlu, 1991-ci il təvəllüdlü Bədəlov Seyidşah Türkman oğlu, Göyçay sakinləri, 2000-ci il təvəllüdlü Əliyev Məhəmməd Cəfər oğlu və 1969-cu il təvəllüdlü Əliyev Cəfər Məhəmməd oğludur.

Bir nəfərin isə vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.

Qeyd edək ki, xəsarət alanlardan 4-ünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Qafqazinfo