Siyasət

Hafiz Hacıyev Xankəndinin meri olmaq istəyir: “Ölümdən qorxmuram, məni göndərsinlər”

Hafiz Hacıyev Xankəndinin meri olmaq istəyir: “Ölümdən qorxmuram, məni göndərsinlər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Xankəndi şəhərinin meri olmaq istəyir. 

7times.az xəbər verir ki, bu barədə o, “Space” TV-nin “Qırmızı xətt” verilişindəki çıxışı zamanı bildirb.

H.Hacıyev deyib ki, ondan başqa heç kim Xankəndidə yaxşı qayda-qanun yarada bilməz.

Partiya sədri Xankəndidə yaşayan ermənilərin dilini ondan yaxşı heç kimin bilmədiyini vurğulayıb.

“Mən Qarabağ ermənilərini öz bildikləri dildə başa salacam ki, əgər bizimlə yanaşı yaşayırsınızsa yaşayın, yaşamaq istəmirsinizsə, öz xoşunuzla buranı tərk edib gedin”.

Hafiz Hacıyev hazırda Xankəndidə məskunlaşan separatçı tör-töküntünün başçısı Araik Arutunyan və onun əlaltılarından qorxmadığını, onların öhdəsindən gələ biləcəyini qeyd edib.

“Mən ermənicə də yaxşı bilirəm və qısa zamanda Xankəndidə qayda-qanun yaradacam”, – H.Hacıyev əlavə edib.

Hafiz Hacıyev Xankəndi şəhər İcra Hakimiyyətinə rəhbər göndərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.

“Mən ölümdən qorxmuram və təşkil edib məni göndərsinlər Xankəndiyə”.