HAMAS-ın lideri və hərəkatın danışıqlar heyətinin rəhbəri Xəlil əl-Həyyə sentyabrın 9-da İsrailin onun Dohadakı iqamətgahını vurmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
7Times.az xəbər verir ki, əl-Həyyənin yer aldığı video HAMAS-ın “Telegram” kanalında yayımlanıb.
Görüntülərin harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur. Lakin HAMAS lideri çıxışı zamanı digər məsələlərlə yanaşı, oğlunun Qətərin paytaxtına endirilən zərbədə öldüyünü də qeyd edib.
Follow @7timesaz