Ölkə

“Hanı Sabirabadda son kadrları çəkən şəxs?”

“Hanı Sabirabadda son kadrları çəkən şəxs?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu həftə sanki kiminsə işarəsi ilə bir neçə qazi ətrafında qaynar nöqtələr yaradılmasına cəhd edildi. Araşdırmalarımız göstərdi ki, kimsə qazilərin səbirsiz qrupunu özündən çıxmağa təhrik edirdi. Və əslində bütün emosianal radikallığın kökündə həm də məsuliyyətsiz sosial media dayanır”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev “Mir Şahinin Vaxtı” analitiq proqramında deyib. Jurnalist bildirib ki, məmurdan narazı olan bir neçə nəfəri məhz bu dırnaqarası media qızışdırır, hətta təşkilatladırmağa çalışırdı:

“Qazilərin problemləri ilə bağlı mövzularda son dərəcə ehtiyatlı olmaq lazımdır. Xüsusilə indi. Emosianallığın açıq nerv vaxtlarında. Başlıqlarda, təqdimatlarda diqqətli olmalıyıq. Bizim say və layk naminə seçdiyimiz başlıqlar qızğın həyəcan halında təhrikedici səciyyə daşıya bilər. Unutmayaq ki, bu yolla, bəzi qazilərin intiharçılığını biz təşkil etmiş oluruq!

Belə hadisələrdə sosial şəbəkələrdə-təfəkkürcə hazır və mənən layiq olmadığı sərbəstlik, azadlıq əldə etmiş avantürist boşboğazların, youtube kanallarında özünü tv sayaraq alova benzin tökənlərin rolu çox böyükdür. Adamın çıxışını çəkirlər, sonadək izləyirlər, özünü yandırma anınadək!!! Son kadrlarını da yayırlar.

Hanı Sabirabadda son kadrları çəkən şəxs? Məndəki məlumat dəqiqdirsə, o da müharibə iştirakçısıdır. Hüseynov Səfər İlham oğlu. Onunla kimsə görüşübmü? İzahatı alınıbmı? Nə deyir o? İntihar xəbərlərini paylaşmaqla daha böyük özünüqətl imkanları, müstəvisi yaradırlar. Ona görə də özünü öldürəcəyini bildirən Qazinin çıxışının videosunu çəkmək, sonra da hələ bir ardınca düşərək yanğın aktını sona qədər izləmək, çəkilişi sosial şəbəkələrdə yerləşdirmək əvəzinə potensial qurbanı fikrindən daşındırmalıyıq.

Onun özünə qəsd üçün tədarük etdiyi vasitələri əlindən zorla da olsa almalıyıq. Media intihar xəbərlərini ictimailəşdirməməlidir. Belə məlumata malik olanlar dərhal müvafiq qurumlara müraciət etməlidir. Polisə, təcili yardıma, FHN-ə. Amma heç bir halda mediaya, sosial şəbəkələrə yox! Belə xəbərlər bir qayda olaraq yoluxucu səciyyə daşıyır! Biz intihar xəbərlərini yaydıqca onu təbliğ etmiş oluruq! Dayanmaq və dayandırmaq lazımdı. Dünyanın inkişaf etmiş ölkələrində də belədir. Jurnalist etikası var, media məsuliyyəti deyilən bir anlayış var. Dövlət öz vətəndaşını hər yerdə qoruyur. Hər kəsdən qoruyur. Xarici düşməndən də daxili düşməndən də”.