Kişinyov hava limanında atəş açan Tacikistan vətəndaşı Rüstəm Aşurov xəstəxanada ölüb.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moldova Baş Polis Müfəttişliyi məlumat yayıb.
“Kişinyov hava limanında iki nəfəri öldürməkdə təqsirləndirilən Tacikistan vətəndaşı Rüstəm Aşurov 15 dəqiqə əvvəl xəstəxanada dünyasını dəyişib”, – məlumatda deyilir.
Xatırladaq ki, R. Aşurov iyunun 30-da Kişinyov beynəlxalq hava limanında atəş açaraq iki nəfəri, sərhədçi və təhlükəsizlik əməkdaşını öldürüb. Daha bir nəfər isə yaralanıb. O, həbs zamanı ağır yaralanıb və bir neçə gün özünə gəlməyib. Yaralı Kişinyovdakı xəstəxanaların birində mühafizə altında saxlanılırdı.
Moldovada Prezident Maya Sandu iyulun 4-də hava limanında həlak olanların xatirəsinə milli matəm günü elan edib.
Follow @7timesaz