Sağlamlıq

Hazır qidaların dəhşətli zərərləri – QƏTİYYƏN YEMƏYİN

Hazır qidaların dəhşətli zərərləri – QƏTİYYƏN YEMƏYİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dadı başgicəlləndirən 5 dəqiqəyə hazırlanan hazır əriştə suplarının (noodle) orqanizmə dəhşətli zərərləri var.

Son dövrlərdə sürətlə dəyişən gündəlik həyat vərdişləri və qidalanma mədəniyyəti ilə milyonlarla insan hazır yeməklərə üstünlük verməyə başlayıb. Qiymətinin daha ucuz olması və hazırlanmasının son dərəcə asan olması səbəbindən hazır yeməklər çox məşhurlaşıb. Sağlamlığa təsirini müəyyən etmək üçün Cənubi Koreyada 11 min insan üzərində araşdırma aparılıb.Araşdırmanın nəticələrinə görə, hazır əriştə supları istehlak edən qadınlarda insult, ürək xəstəlikləri, şəkərli diabet riski daha yüksək olur. Bu qidalarla qidalanan insanlar metabolik sindromdan əziyyət çəkirlər. Hazır yeməklər yeyən şəxslərdə yüksək təzyiq, yüksək xolesterin kimi halların meydana gəlir. Bu problemlər də diabet və ürək xəstəliklərini təhlükəsini artırır. Bu səbəbdən sağlamlıq problemi olmayan insanlara belə həftədə ən çox 2 dəfə hazır əriştə suplarından istehlak etməklə bağlı xəbərdarlıq edilib. Amma tədqiqatçılar ehtiyac olmadıqca, bu cür qidaları istehlak etməməyi tövsiyə edirlər.