Ölkə

Hazırda yollarda vəziyyət belədir

Hazırda yollarda vəziyyət belədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün avtomobil yollarında müşahidə olunan son vəziyyət açıqlanıb.

7times.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən yollardakı vəziyyəti əks etdirən cədvəli təqdim edir:

S/s  

Yolun adı (istiqamətlə)

 

 

Mövcud vəziyyəti

1 Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi Yağıntı yoxdur, Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

2 Giləzi – Xızı Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

3 Bakı – Qobustan Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

4 Qobustan – Şamaxı – Muğanlı Yağıntı yoxdur, Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

5 Muğanlı – Ağsu – Yevlax Yağıntı yoxdur, Muğanlı-Ağsu ərazisində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

 

6 Bakı – Ələt – Hacıqabul Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

7 Hacıqabul – Ucar – Yevlax Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.b
8 Yevlax – Gəncə – Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
9 Muğanlı – İsmayıllı Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

10 İsmayıllı – Qəbələ – Oğuz – Şəki Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə  şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

11 Şəki – Qax – Zaqatala –  Gürcüstan Respublikası ilə dövlət sərhəd Yağıntı yoxdur, Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

12 Yevlax – Şəki (Göybulaq) Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

13 Gəncə-Daşkəsən-Xoşbulaq Yağıntı yoxdur, gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

14 Şəmkir – Gədəbəy Yağıntı yoxdur, gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

15 Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

16 Masallı – Yardımlı Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

17 Lənkəran – Lerik Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

18 Hacıqabul – Bəhramtəpə – Horadiz Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.