Dünya

HƏMAS-dan ABŞ-a: “Qəzzada müharibəyə son qoyulsun”

HƏMAS-dan ABŞ-a: “Qəzzada müharibəyə son qoyulsun”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS-ın yüksək rütbəli rəsmisi Sami Əbu Zuhri bazar ertəsi ABŞ-ı Qəzzada müharibəni dayandırması üçün İsrailə təzyiq göstərməyə çağırıb.

7Times.az  xəbər verir ki, Əbu Zuhri, “ABŞ rəhbərliyini Qəzzada müharibəni dayandırmaq üçün işğalçı qüvvələrə təzyiq göstərməyə çağırırıq. Həmas hərəkatı müharibəyə son qoyacaq istənilən təşəbbüsə müsbət cavab verməyə hazırdır”, deyib.

HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar bu yaxınlarda bildirib ki, o, sülh sazişini yalnız İsrail “daimi atəşkəsə əməl edəcəyi təqdirdə” qəbul edəcək.

Atəşkəs təklifi ilə bağlı Sinvar “Həmas silahlarını təslim etməyəcək və bunu tələb edən təklifə imza atmayacaq” deyə cavab verib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu Baydenin üç mərhələli atəşkəs təklifini təqdim etməsindən sonra müharibəni həmişəlik bitirəcək heç bir razılaşmanı qəbul etməyəcəyini təkrarlayıb.

Son səkkiz ayda olduğu kimi, Netanyahunun siyasi sağ qalması müharibənin davam etməsindən və HƏMAS-a qarşı tam qələbəyə nail olmaq cəhdindən asılı ola bilər.

News24.az