Siyasət

“Həqiqətlərin çatdırılmasında Türkiyə mediası bizimlə birgə oldu”

“Həqiqətlərin çatdırılmasında Türkiyə mediası bizimlə birgə oldu”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən müharibəsində Azərbaycan mediası həqiqətləri dünyaya düzgün çatdırmaq üçün səmərəli şəkildə fəaliyyət göstərdi. Bu məsələdə qardaş Türkiyə mediası bizimlə birgə oldu”.

7times.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında deyib.

Hikmət Hacıyev qeyd edib ki, Türk dünyasının ortaq tarixi, dəyərləri var. Bu gün Türk Şurasının üzv ölkələrinə qarşı təxribat xarakterli informasiya hücumları olur. Buna görə də biz birgə fəaliyyət göstərməliyik. Bu baxımdan bugünkü tədbirin xüsusi əhəmiyyəti var.