Aktual

“Hər kəs ad günündə belə bahalı hədiyyə almır” – Ukrayna rəsmisi Putinin “yarasına duz basdı”

“Hər kəs ad günündə belə bahalı hədiyyə almır” – Ukrayna rəsmisi Putinin “yarasına duz basdı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir ukraynalı rəsmisindən Putini qəzəbləndirəcək açıqlama gəlib.

Ukrayna Təhlükəsizlik Şurasının sədri Oleksiy Danilov Krımı Rusiya ilə birləşdirən körpünün partladılmasından danışarkən Putinin dünən qeyd olunan ad gününə işarə edib.

“Hamı ad günündə belə bahalı hədiyyə almır”, – deyə Danilov qeyd edib.

O, körpünün yandığı anları təbrik mahnısı ilə yan-yana bölüşüb.

Qeyd edək ki, bundan öncə Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak “Twitter” hesabındakı paylaşımında “Krım körpüsünün partlaması başlanğıcdır. Qanunsuz olan hər şey məhv olunmalı, oğurlanan hər şey Ukraynaya qaytarılmalı, Rusiya tərəfindən işğal olunmuş hər şey xaric edilməlidir”, – deyə bildirmişdi.