Siyasət

Həsən Ruhani İranın mövqeyini açıqladı

Həsən Ruhani İranın mövqeyini açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran iki qonşusu – Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoyulmasına və diplomatik həll prosesinin başlanmasına sevinir”.

7times.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani video-konfrans formatında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 20-ci iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, İran region ölkələri ilə bir çox ortaqlıqlara sahibdir: “İran ümid edir ki, iki ölkə öz ixtilaflarını sülh şəraitində və beynəlxalq hüquq çərçivəsində həll edəcək”.

Ruhani əlavə edib ki, İran bölgədə gərginliyi azaldan və davamlı və ədalətli sülh və təhlükəsizliyi bərpa edən hər bir səyi müsbət qarşılayır.yenisabah.az