Siyasət

Hikmət Hacıyevdən Şuşa səfəri ilə bağlı PAYLAŞIM

Hikmət Hacıyevdən Şuşa səfəri ilə bağlı paylaşımbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diplomatik korpusun nümayəndələrinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri başa çatıb.

7times.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında qeyd edib.

“Diplomatik korpuslarla Azərbaycanın mədəniyyət paytaxtı, gözəl Şuşaya səfərimizi başa vurduq. Səfirlər dağıdılmış mədəniyyət abidələri barədə yerindəcə ilk mənbədən məlumat aldılar və bərpa, qoruma planlarına dair qeydlər apardılar.

Ziyarətdə iştirak edənlərə təşəkkür edirik”, – PA rəsmisi bildirib.

Qeyd edək ki, ötən gün diplomatik korpus nümayəndələrinin Şuşa şəhərinə səfəri təşkil edilmişdi.