Manşet

Hizbullahın qurucusundan ŞOK AÇIQLAMA: “İran ermənilərə buna görə yardım edir” – VİDEO

Hizbullahın qurucusundan ŞOK AÇIQLAMA: “İran ermənilərə buna görə yardım edir” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ Vətən Müharibəsinin bitməyinə 5 gün qalmışdı. 5 noyabr 2020-ci ildə mətbuatda Hizbullah terror təşkilatının ilk baş katibi və qurucusu Şeyx Sübhi Tüfeylinin İranın Birinci Qarabağ müharibəsində Ermənistana verdiyi dəstək haqqında video müsahibəsi yayımlandı.

7times.az xəbər verir ki, o, xatirələrindən danışır, İranı Birinci Qarabağ müharibəsi zamanı Ermənistana yardımına görə tənqid edir:

“O vaxtlar mən Tehrandaydım. İran mediasını izləyirdim və insanların erməniləri dəstəklədiyini görürdüm. Dövlətin və medianın ermənilərin yanında olmasına çox təəccüblənirdim. Ermənilər işğalçıdır və siz özünüzə islam dövləti deyirsiniz, zülmə və təcavüzə qarşı olduğunuzu söyləyirsiniz. Bəs onda niyə zalımın yanındasınız? Halbuki siz özünüz Azərbaycanın əsrlərdir İranın parçası olduğunu, azərbaycanlıların İran xalqı olduğunu və onların əksəriyyətinin İranda yaşadığını söyləyirsiniz. O zaman təbii olaraq hər şeydən öncə siz məzlumun yanında olmalı idiniz. Bunlar da müsəlman, məzlum, üstəlik də şiədirlər. Həqiqətən çox təəccüblənmişdim. Hansı əsasa görə bunu edirsiniz? Qurana görəmi? “Yaxşılıq və təqva məsələsində bir-birinizə kömək edin” ayəsinə görəmi? Yaxşılıq və təqva belə idimi? Heyrət içində idim və bunun səbəbi mənim üçün çox maraqlı idi”.

Tüfeyli çıxışının ikinci hissəsində İranın xarici işlər naziri ilə arasında baş verən söhbətdən, verilən cavabdan danışır və Ermənistana köməyin məqsədini açıqlayır:

“Bir gün İranın xarici işlər nazirini saxladım və ondan bunun səbəbini soruşdum. Nazir bir cümlə ilə məsələni mənə belə izah etdi: “Ermənistan Türkiyənin sərhədindədir və biz Türkiyənin Türkmənistan, Özbəkistan, Azərbaycan və digər dövlətlərlə əlaqə qurmasını əngəlləməliyik. Biz Türkiyəyə qarşı Ermənistanı dəstəkləyirik”. İçimdən öz-özümə “Kaş sənə bu sualı verməyəydim” dedim”.

Tüfeylinin bu açıqlamasından belə aydın olur ki, İran dövləti Zəngəzur dəhlizinin açılmasına hər zaman qarşı olub və bundan narahatdır. Çünki Türkiyə və digər türk dövlətləri arasında coğrafi bir bağın qurulmasından xoflanır.

İkinci Qarabağ müharibəsində öz torpaqlarını, tapdaq altında qalan məzarları və donuz damına çevrilən məscidləri düşmən işğalından şəhidlərin, qazilərin canı-qanı bahasına qurtaran Azərbaycan dövləti bu dəfə də İrandan qətiyyətli mövqe görmədi. Tam əksinə, Azərbaycan İranla olan sərhədini bərpa etdikdən sonra belə Tehran Ermənistana və Qarabağdakı separatçı rejimin tör-töküntülərinə yardım daşımaqdan bezmədi, usanmadı. Üstəlik 30 ilə yaxın müddətdə torpaqlarımız işğalda olduğu zaman keçirmədiyi hərbi təlimləri hazırda sərhədimizdə keçirməyə başlayıb.

Həqiqəti çox uzaqda axtarmağa gərək yoxdur. Həqiqət lap yaxınımızda, yanımızdadır. Həqiqəti danmaq, onu inkar etmək olar, ancaq dəyişdirmək mümkün deyil. Günlük mənfəət üçün həqiqəti dananlar sabah onun yaratdığı gerçəkliyin əsirinə çevrilməyə məhkumdurlar.