Ölkə

Humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazı

Humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş Türkiyədə 6 fevralda baş vermiş dağıdıcı zəlzələ onminlərlə insanın həyatına son qoydu, dağıntılar altında qalan minlərlə insanın taleyi isə hələ də naməlumdur. Azərbaycanda ilk gündən türkiyəli bacı-qardaşlarına mənəvi dəstəyi ifadə edərək hər kəs bölgəyə yollanmaq və xilasetmə əməliyyatlarında birbaşa iştirak etmək üçün həmrəy olub.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bölgəyə humanitar yardım təyyarələri yola salınmaqdadır. Heydər Əliyev Fondu Mehriban xanımın tapşırığı ilə təbii fəlakətdən zərər çəkmiş insanlar üçün zəruri olan qızdırıcısı çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərir.

Millət vəkili Aydın Hüseynov “7Times.az“a açıqlamasında bildirib ki, Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın humanitar yardımla bağlı çağırışı da onun bu məsələyə nə qədər həssas yanaşdığının göstəricisidir. Millət vəkili deyir ki, bu cür yüksək qiymət, qədirbilənlik, hər zaman xalqın yanında olmaq yüksək mənəviyyat və humanizm ideallarına sadiqlikdən irəli gəlir.

Deputat Aydın Hüseynov onu da əlavə edib ki, indi ölkəmizdə hər kəs Türkiyənin tezliklə bu çətinliyin öhdəsindən gələcəyinə inanır.

7Times.az