Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Suriya Ərəb Respublikasının xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşüb.
7Times.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Türkiyə-İordaniya-Suriya xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.
Bildirilib ki, nazirlər ikitərəfli və regional məsələləri müzakirə edib.
Follow @7timesaz