Sağlamlıq

İBN SİNANIN SAĞLAMLIQ MƏSLƏHƏTİ: 7 gün ərzində sumaq suyu içsəniz…

İBN SİNANIN SAĞLAMLIQ MƏSLƏHƏTİ: 7 gün ərzində sumaq suyu içsəniz…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər bir bitkinin öz əhəmiyyətli faydaları var. Sumaq mühüm faydaları ilə çox istehlak edilən bitkilər arasındadır. İbn Sinanın “Əl-Kanun-Fi’t” adlı tibb kitabında da bəhs etdiyi sumaq mədə problemlərindən qaraciyər xəstəliklərinə, ağız yaralarından həzmsizliyə qədər bir çox xəstəliyi aradan qaldırır.

Mütəmadi olaraq sumaq şirəsi içsəniz, orqanizminizdə hansı dəyişikliklərin olacağını bilirsinizmi? Gəlin birlikdə öyrənək:

Özünəməxsus ətri olan sumaq bitkisinin şirəsi də çox faydalıdır. Sağlamlıq baxımından istehlak edilməsi lazım olan sumaq şirəsi alternativ tibb sahəsində də tez-tez istifadə olunur.

Bizim mətbəximizdə də geniş istifadə edilən sumaq adətən kabab və soğan salatlarında çox istifadə edilir. Ən yüksək antioksidant tutumlu ədviyyat olan sumaq təkcə dadı ilə deyil, həm də müalicəviliyi ilə effektivdir.

Alternativ təbabət sahəsində də istifadə olunan bu bitkinin meyvəsi sferik formadadır. Qırmızı və ya tünd qırmızı rəngə sahib olduğu bilinən sumaq bir çox müxtəlif xəstəliklərə, xüsusilə də bədəndəki iltihablara və həzm pozğunluğuna müsbət təsir edir.

Qanda insulinin miqdarını tarazlaşdırır. Bu xüsusiyyəti sayəsində diabet və yüksək təzyiq xəstələrinin istehlak etməli olduğu qidalar sırasındadır.

Antioksidan təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəliklərində birdən ortaya çıxan yüksək hərarəti salaraq beyin sağlamlığını qoruyur.

Həftədə içilən bir stəkan sumaq şirəsi sinir sistemində deformasiyaya uğramış hüceyrələrin sayını azaltmaqla sağlam hüceyrələrin artmasına kömək edir. Həmçinin yorğunluq, stress və depressiya kimi xəstəliklərin riskini azaldır.

Qida zəhərlənməsi zamanı sumaq ədviyyatını qaynadıb bir stəkan içmək faydalı olacaq. Həm mədənizi, həm də bağırsaqlarınızı təmizləyir, sidik və defekasiya ilə zəhərlənməyə səbəb olan zərərli bakteriyaları yox edir.

Sumaq şirəsi həzmi yaxşılaşdırdığı üçün arıqlamaq üçün istifadə edilə bilər.

Eyni zamanda gün ərzində yarım çay stəkanı içdiyiniz sumaq şirəsi də həzmsizlik və şişkinliyin qarşısını alır.

Anoreksiya problemi olan uşağınızın ayda bir dəfə sumaq şirəsi içməsi də faydalıdır. Həm uşağınızın bədən müqavimətini artırır, həm də iştahını açaraq daha sağlam yeməsinə kömək edir.

İbn Sinanın  qeyd etdiyi sağlamlıq faydaları:

  • Xolesterolu tənzimləyir.
  • Dərini qoruyan xüsusiyyətlərə malikdir.
  • Dəri problemlərinin müalicəsində istifadə edilə bilər.
  • Mədə problemlərinin və həzmsizliyin qarşısını almaqda təsirlidir.
  • İltihablara müsbət təsir edir. Sumaq toxumu ağciyər infeksiyasına və onu törədən göbələklərə qarşı təsirlidir. Oynaq xəstəliklərinə xeyirlidir.
  • Ağız yaralarına yaxşı təsir göstərir.
  • Mütəmadi olaraq sumaq şirəsi içmək həzmsizliyin qarşısını alır.
  • Dərinin qorunmasına və yenilənməsinə kömək edir.
  • Ürəyi dəstəkləyir.
  • Qaraciyəri qoruyur.
  • Sumaq güclü sidikqovucudur. Bu təsiri sayəsində sumaq sidik yolları infeksiyalarının qarşısını almağa kömək edir və yüksək təzyiqi aşağı salır.
  • Saglamolun.Az