Ölkə

İcra başçısı təyin olunan Naim Cahidzadə KİMDİR? – DOSYE

İcra başçısı təyin olunan Naim Cahidzadə KİMDİR? – DOSYEbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

7Times.az  bizim.media-ya istinadən Naim Cahidzadənin dosyesini təqdim edir:

Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub.

2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili alıb.

2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə Magistratura təhsili alıb.

Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor vəzifəsində başlayıb. 2014-cü ildən “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyir.

2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır.

O, 2021-ci il oktyabrın  1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri, 2023-cü ilin sentyabrında isə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.