Ölkə

“İki çaya 33 manat aldılar, turist gələr?” – Sabiq deputatdan ETİRAZ

“İki çaya 33 manat aldılar, turist gələr?” – Sabiq deputatdan ETİRAZbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputat Etibar Hüseynov qiymətlərdən narazılıq edib.

Sfera.az bildirir ki, o, dostu ilə “Gənclik”dəki “Atatürk” parkında çay içdiyini və qarşılığında 33 manat ödəməli olduqlarını deyib:

“2 çay və 1 ləbləbiyə bu qədər pul aldılar. İstəməsən, çek də gətirmirlər. Bu hal hələ ölkəyə turist axını sıfır səviyyəsində olan bir vaxtda baş verir. Turist bol olarsa, nə qiymətlər olacaq?”.


E.Hüseynov qeyd edib ki, ölkənin ticarət sektorund özbaşınalıq hökm sürür:

“Kim nəyi, neçəyə istəyir satır. Heç bir qorxacaq, çəkinəcək ünvanları da yoxdur. Ona görə də qısa zamanda yenicə vüsət almış turist axınının axırına çıxdılar”.