Aktual

İki şəhid qardaşın atasından ŞOK SÖZLƏR –“Qoy bütün gənclər, nəsillər bilsin ki, o kimdir”

İki şəhid qardaşın atasından ŞOK SÖZLƏR -“Qoy bütün gənclər, nəsillər bilsin ki, o kimdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində şəhid olmuş iki qardaş – Bəhrəm və İman qardaşlarının atası Elman Məmmədovun çıxışı sosial şəbəkədə maraqla qarşılanıb.

7Times.az xəbər verir ki, o, “Təsir dairəsi” verilişində qonaq olarkən övladlarının seçdiyi yoldan danışıb:

“Onların seçdiyi vətən yolunda yaşamağa qərar tutdum. Əgər biz müstəqiliksə, bizim hər zaman şəhidimiz olacaq. İstəmiriksə şəhid, gəlsin bütün torpaqlarımızı paylayaq, qurtarsın. Necə ki, Sovetlər Birliyi dövründə nə şəhidimiz vardı, nə heç nə. O qurum da, o dövr də bir dövr idi. Lakin bir millət kimi millətçiliyimiz əlimizdən alınmışdı. Biz dünyaya bir zaman gəlmişik, bir zaman da gedəcəyik.

Ölüm bizim son silahımızdır. Lazım olacaqsa, öləcəyik, amma bundan sonra bir qarış torpağımızı kimsəyə yem etməyəcəyik. Bu gün şəhid gəlir. Şəhid üçün ağlamaq lazım deyil. Şəhidi təmtəraqla dəfn etmək lazımdır. Qoy bütün gənclər, nəsillər bilsin ki, o kimdir. Şəhidlərin məclisini vayla keçirmək lazım deyil. Şəhid döyüşə vayla girməyib, hayla girib. Biz şəhidi vayla dəfn etməyək. Şəhid heç vaxt ölmür, ölməyəcək də”, – deyə Elman Məmmədov qeyd edib.