Özbəkistan və Qazaxıstan Silahlı Qüvvələrinin birgə təlimi başlayıb.
7times xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Tərəfdaşlıq-2021” adlı təlim Özbəkistanın Əfqanıstanla sərhəddə yerləşən Termez şəhərində keçirilir.
Noyabrın 24-dək davam edəcək birgə təlimdə hər iki ölkənin hərbçiləri quruda birgə hərəkət, düşmənə qarşı döyüş və silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi üzrə təcrübələrini inkişaf etdirəcəklər.//Axar.az
Follow @7timesaz