Ölkə

İlahiyyat İnstitutu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

İlahiyyat İnstitutu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi və əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə könüllü olaraq maaşlarının bir hissəsini Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianə ediblər. Ali təhsil müəssisəsinin kollektivi, təqribən 7200 (yeddi min iki yüz) manat məbləğində Fonda vəsait köçürüb.

Aİİ-dən verilən məlumata görə, qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Respublika Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə ölkənin etibarlı müdafiəsi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədilə yaradılıb.

Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı başlayan növbəti təxribatının qarşısı Şanlı Ordumuz tərəfindən qətiyyətlə alınır. Əks-hücum başlayan gündən ölkəmizdə fəaliyyət göstərən müxtəlif nazirliklər, təşkilatlar, agentliklər, ali təhsil müəssisələri, həmçinin dünyada yaşayan azərbaycanlılar tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna ianələr köçürülüb.

Ali təhsil müəssisəsinin rəhbərliyi və kollektivi ordumuzun əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edir, ona yeni zəfərlər arzulayır.

Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!