Siyasət

İlham Əliyev “Cəbrayıla xoş gəlmisiniz” lövhəsinin önündə – VİDEO

İlham Əliyev “Cəbrayıla xoş gəlmisiniz” lövhəsinin önündə – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

7times.az-ın məlumatına görə, səfər çərçivəsində ölkə başçısı Cəbrayıl rayonunun girəcəyində quraşdırılmış və işğaldan azad olunduqdan sonra yenilənmiş “Cəbrayıl” yazısının önündə foto çəkdirib.

Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” səhifəsində paylaşıb.

“Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə rayonun girişində ucaldılmış lövhəni biz yenidən qurduq. Eyni forma və dizaynla “Cəbrayıla xoş gəlmisiniz” lövhəsini bərpa etdik”.

Bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı deyib.

Dövlət başçısı bildirib ki, sözügedən löhvə işğal dövründə tamamilə sökülmüş, paslanmışdı və onun paslanmış görüntüləri mətbuatda da var:

“Ona görə də tarixi ədaləti bərpa edərək bu lövhəni yenidən qurduq. Bütün azad olunmuş şəhərləri də yenidən bərpa edəcəyik”.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)