Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Şuşada rəsmi törənlə qarşılayacaq.
Bu barədə “Yeni Şəfəq” nəşri məlumat yayıb. Bildirilir ki, hər iki ölkə prezidenti arasında təkbətək görüş olacaq.
Daha sonra isə hər iki ölkənin nümayəndə heyəti arasında görüş keçiriləcək.
Görüşdə, Şuşa başda olmaqla, Qarabağ bölgəsinin yenidən qurulması üçün müqavilələr imzalanacaq. /axar.az
Follow @7timesaz