Siyasət

İlham Əliyev “İsgəndər” qalıqlarının niyə gec tapıldığını açıqladı

İlham Əliyev “İsgəndər” qalıqlarının niyə gec tapıldığını açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xocalı soyqırımını törədən, əli dinc azərbaycanlıların qanına batmış Sarkisyan qaz kəmərlərimizi vurmaq üçün “İsgəndər”dən istifadə etmədiyinə görə Paşinyanı tənqid edib. Bu, hərbi cinayətdir”.

7times.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Movsesyan “İsgəndər”ləri bizə qarşı istifadə etdiklərini etiraf edib: “Sonra isə “İsgəndər”dən istifadə edilməsinin videogörüntüsünü əldə etdik. Mən bunu araşdırmaq üçün tapşırıq verdim və onları tapdıq. Biz onları niyə o vaxt tapmadıq? Çünki Şuşada müharibədən dərhal sonra qar yağdı və hətta yanvar-fevral aylarında orada olduğum zaman da qar yağırdı. Sonra qar əridi və biz onları tapdıq”.

Prezident “İsgəndər” raketinin qalıqlarının tapılmasından sonra baş verənlərin qəribə olduğunu da vurğulayıb. Bildirib ki, Ermənistanın Baş Qərargahının rəisi bu mövzunu şərh edə bilməyəcəyini deyib: “Bunu necə başa düşə bilərik? Cavab ya “hə”, ya da “yox” olmalıdır. Əlbəttə, “hə”. Belə olmasaydı, “İsgəndər”dən istifadə etmədiklərini deyərdilər”.