Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin də sabah səfəri gözlənilir. Hər iki lider MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək.
7Times.az –ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sammit çərçivəsində İlham Əliyev və Paşinyanın ikitərəfli görüşünün nəzərdə tutulub-tutulmadığı barədə jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin ayrı-ayrılıqda ikitərəfli təmasları nəzərdə tutulmayıb, lakin MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində müzakirələr baş tuta bilər.
“Ayrı-ayrı ikitərəfli görüşlər planlaşdırılmır, lakin hər kəs tədbir çərçivəsində ünsiyyət qura biləcək”, – o qeyd edib.
Follow @7timesaz