Bu gün işğaldan azad edilmiş torpaqlarımıza səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd rayonunda da olub.
7times.az xəbər verir ki, bu barədə birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında video paylaşıb. Prezident çıxışında Xocavəndin Böyük Tağlar kəndinin ərazisində olduğunu qeyd edib:
“Bura Azərbaycandır. Xocavənd rayonu. Böyük Tağlar kəndinin ərazisi. Gözəldir bizim ölkəmiz. Bütün bu ərazini işğalçılardan qəhrəman Azərbaycan ordusu azad edib”.
Follow @7timesaz