Siyasət

“İlham Əliyevin yunan səfirə dedikləri bizdə və Türkiyədə əsl partlayış yaratdı”

Qardaş ölkıyı qarşı gövdə gösətərənlərin hamısına “Mən qardaşımın yanında olacağam” ismarıcıydı.

“İlham Əliyevin yunan səfirə dedikləri bizdə və Türkiyədə əsl partlayış yaratdı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Reaksiyalara baxıram və görürəm ki, Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosa dünən dedikləri bizdə vəTürkiyədə əsl emosiya partlayışı yaradıb. Bu, tam anlaşılandır”.

7times.az xəbər verir ki, bu fikirləri deputat Sahib Alıyev deyib.

O, bildirib ki, çox az hallarda hansısa bir dövlətin başçısı digərinin təmsilçisiylə görüşdə diplomatik ibarələrə varmadan ölkəsinin onların düşmən gözündə gördüklərinin yandında olduğunu və olacağını deyir:

“Hətta buna bənzər hallar baş verdikdə belə o deyilənlər kameralar qarşısında səsləndirilmir.

Cənab İlham Əliyev isə bunu etdi. Və onun bu açıqlması vurğuladığımız kimi böyük emosiya doğursa da, heç də emosional deyildi. Hamı bilir ki, xarakter baxımından yetərincə səbrliliyi, soyuqqanlılığıyla fərlənən, böyük məktəb keçmiş, təcrübəli bir dövlət adamı kimi emosional çıxış, hərəkətlər, ümumiyyətlə, Azərbaycan Prezidentinə yaddır və o, populizmdən uzaqdır.

Orasını da bildirim ki, dövlət başçımızın Yunanıstan səfirinə dedikləri 1) təkcə rəsmi Afinaya qarşı yönəlməmişdi, 2)reallığa və ənənəyə dayanırdı.
Nəyə görə təkcə rəsmi Afinaya qarşı yönəlməmişdi? Ona görə ki, hazırda həmən görüşdə haqqında söhbət gedən Şərqi Aralıq dənizi regionunda Türkiyə Yunanıstanla yanaşı, Minsk qrupuna həmsədrlik edən Fransa və bir çox başqa ölkələrlə də üz-üzədir. Şərqi Aralıq dənizi reguonuna böyük həcmdə qüvvə yeridən və orada İtaliya, Yunanıstan, Rum Kipriylə birgə hərbi təlimlər keçirən Fransa digər Avropa dövlətlərinə də təzyiq edərək, Türkiyəyə qarşı sərt mövqe ortaya qoymalarını istəyir”.

Sahib Alıyevin sözlərinə görə, İtaliya təlimlərə qatılsa da, hələlik Fransanın arzuladığı qədər antiTürkiyəçi deyil, Avropanın Almaniya və İspaniya kimi böyük çəkili dövlətləri isə vəziyyətin danışıqlar yoluyla həllindən yanadırlar:

“Belə bir həlledici dönəmdə Azərbaycan Prezidentinin prinsipial mövqe ortaya qoyması, fikrimcə, İtaliyanın və Avropanın bir çox digər dövlətlərinin gələcək davranışlarına təsirsiz ötüşməyəcək.

Demək ki, cənab İlham Əliyevin Yunanıstan səfiriylə görüşdə səsləndirdikləri təkcə o ölkəyə yönəlik sözlər deyildi. Şərqi Aralıq dənizi regionunda Türkiyəyə qarşı gövdə gösətərənlərin hamısına “Mən qardaşımın yanında olacağam” ismarıcıydı. Bu, həmən dövlətlərə xitabən “Biz savaşa hazırıq” deyən cənab Ərdoğanı, Türkiyəni Azərbaycanın tək qoymayacağının ən yüksək səviyyədə və qətiyyətlə vurğulanmasıydı.

İndi isə istəyirəm 2014-cü ilin aprelində Praqda “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan Zirvə görüşündə cənab İlham Əliyevin qardaş ölkəni ittiham edən Serj Sarkisyanın necə ağzından vurduğunu xatırladım. “Bilirsiniz ki, Türkiyə bu Sammitdə təmsil olunmur, bundan istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm”,- deyərək Ermənistanın keçmiş rəhbərinin cavabını vermişdi cənab Prezident.

Ondan bir il sonra Rusiyanın sərhəddi keçən hərbi təyyarəsinin vurulmasından sonra Ankarayla Moskva arasında gərginlik yaranan zaman digər türk dövlətlərinin tərəddüdlü davranmalarına, daha çox isə ikincinin maraqlarına uyğun mövqe sərgiləmələrinə rəğmən, Azərbaycan Prezidentinin səsləndirdiyi “Biz bütün məsələlərdə Türkiyənin yanındayıq” sözlərini xatırlayanlar yəqin ki, var.

Bu faktın özü də onu göstərir ki, Azərbaycan üçün fərqi yoxdur, Türkiyə ilə üz-üzə gələn kimidir, forpost Ermənistandır, elə də böyük çəkisi olmayan Yunanıstanla Rum Kipridir, yoxsa dünyanın ən güclü dövlətləridir, biz bütün hallarda qardaşlarımıza dəstək verməkdən çəkinmirik, çəkinməyəcəyik!

Çünki bu, bir reallıqdır və bu reallığı qanımız, genimiz, soyumuz, keçmişimiz bizə diqtə edir. Bunu bizə diqətə edən birinci dünya savaşı zamanı Türkiyədəki qardaşlarımızla çiyin-çiyinə döyüşərək şəhid olan 4 minə qədər azərbaycanlının ruhudur. Əminəm ki, dünənki açıqlaması, ənənəyə sadiqliyilə cənab Prezident onların müqəddəs ruhlarını bir daha sevindirdi.

Nə deyim, Tanrı uca millətimizi, tarixin bu son dərəcə mürəkkəb dönəmlərində onun iki dövlətini eyni dövlətmiş kimi yönəldən böyüklərimizi qorusun!” modern.az