Siyasət

“İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi” – Liparityan

“İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi” – Liparityanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni tarixçi və diplomat, Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyanın baş məsləhətçisi olmuş Jirayr Liparityan “BBC” telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevdən danışıb, onun yüksək zəkaya malik olduğunu açıqlayıb. 

7times.az xəbər verir ki, Liparityan müsahibəsində İlham Əliyevlə söhbət etdiyini və onun münaqişəyə dair ən xırda detallara qədər məlumatlı olduğunu bildirib: “Onunla yalnız Prezident olduqdan qısa müddət sonra çox ciddi bir söhbətimiz oldu. Artıq hakimiyyətdə deyildim və universitetdə dərs deyirdim”.

Liparityan bildirib ki, İlham Əliyevi əvvəllər yalnız bir dəfə Harvard Universitetində çıxış edərkən görüb:

“Sonra məni Bakıya dəvət etdi və üç saatdan çox söhbət etdik. Ən xırda detalları bilirdi və düzgün suallar qoyurdu. Dürüst cavablar verirdi. Və mən gördüm ki, o, çox ağıllı gəncdir. Tərcüməçi olmadan təkbətək ingilis dilində danışdıq”.

BBC jurnalistinin “Bayaq dediyiniz hər şeyə görə sizə vətən xaini deyə bilərlər” sualına Liparityan belə cavab verib:

“Məsuliyyətsiz insanlar bunu deyirsə, bu, şərəf göstəricisidir… Bu, məni narahat etmir”. qafqazinfo