Dekabrın 28-də Sankt-Peterburqda MDB dövlət başçılarının sammiti keçiriləcək.
7times.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb-görüşməyəcəyi ilə bağlı suala belə cavab verib:
“Təbii ki, MDB liderləri orada olacaq, istənilən halda təmaslar olacaq. Amma hələlik rəsmi danışıqların aparılması təklifi olmayıb. Sammit qeyri-rəsmi olduğundan görüşlər də qeyri-rəsmi olacaq”.
Follow @7timesaz