Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasından olan deputatlarla qapalı görüş keçirib.
Bu barədə “Qraparak” qəzeti məlumat verib. Paşinyan deputatları Brüsseldə prezident İlham Əliyevlə görüşünün yekunları ilə bağlı məlumatlandırıb.
Görüş zamanı Paşinyan bildirib ki, bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.
Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev İtaliya qəzetinə müsahibəsində bir neçə ay ərzində sülh sazişinin imzalanmasını istisna etməyib.
Follow @7timesaz