Aktual

“İLK NÜVƏ ZƏRBƏSİNDƏN SONRA PUTİN ÖLDÜRÜLSƏ…” – Rusiya-Ukrayna müharibəsində 3 mümkün ssenari 

“İLK NÜVƏ ZƏRBƏSİNDƏN SONRA PUTİN ÖLDÜRÜLSƏ…” – Rusiya-Ukrayna müharibəsində 3 mümkün ssenaribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğalçı Rusiya ordusu Ukraynada ağır zərbələr almaqda davam edir. Gələn xəbərlərdən məlum olur ki, artıq təşəbbüs Ukrayna ordusunun əlinə keçib.

Son günlər özəl hərbi təşkilat “Vaqner”in onlarla hərbçisi öldürülüb və əsir götürülüb, İzyum istiqamətində düşmənin iki hərbi qərargahının vurulması nəticəsində onlarla hərbçi, o cümlədən general Simonov öldürülüb. Həmin vaxt bu qərargahlardan birində olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Valeri Gerasimovun isə yaralandığı bildirilir.

Tarixçi professor Xaləddin İbrahimli hesab edir ki, Rusiya Ukrayna-savaşının bundan sonrakı mərhələsində 3 ssenari gerçəkləşə bilər:

1. Rusiya və Ukrayna Prezidentləri Türkiyədə görüşür və atəşkəs razılaşması imzalayırlar. Rusiya işğal etdiyi torpaqlardan tam çəkilir, Ukraynanın Şərqində mədəni muxtariyyətə bənzəyən bir razılıq əldə edilir. Krım Rusiya Federasiyasının tərkibində Krım Tatar Muxtar Cümhuriyyəti statusu alır;

2. Liderlər görüşmür ve savaş uzanır, Rusiya get-gedə zəifləyir və bütün iddialarından vaz keçməyə məcbur olur. Putin iqtidarının sonu gəlir, Rusiyada yeni hakimiyyət və yeni nizam qurulur. Bəzi ərazilərin – Kuril adaları, Kalininqradın itirilməsi, hətta bir neçə muxtar qurumun (Tatarıstan, Başkırtıstan, Çeçenistan, İnquşetiya) müstəqilllik qazanması gerçəkləşə bilər. Ukrayna, Gürcüstan, Azərbaycan, Moldovanın torpaq bütünlüyü təmin edilir, Krım Ukraynanın tərkibində muxtariyyət qazanır;

3. Savaş davam edir və Putin nüvə silahına əl atır. Cavab zərbələri ilə Rusiya bu dəfə tamamən dağıdılır, Avropa ciddi xəsarət görür, on milyonlarla, bəlkə də yüz milyonlarla insan həlak olur, Rusiya torpaqları Yaponiya, Çin, Ukrayna, Finlandiya, Pribaltika, Polşa arasında bölünür. Rusiya Moskva və çevrəsindən ibarət olan, təxminən 20-30 milyonluq bir dövlətə çevrilir. Demilitarizasiya edilmiş vəziyyətə gətirilir.

X.İbrahimli hesab edir ki, əgər V.Putin ilk nüvə zərbələrindən sonra gizləndiyi bunkerdə öldürülsə, o zaman dağıntı və tələfatın miqyası o qədər də böyük olmaz.“AzPolitika.info”