Ölkə

İlkin Fikrətoğlu – Hər kəs səni “Elxan AFFA” kimi həmişə nifrətlə xatırlayacaq

İlkin Fikrətoğlu – Hər kəs səni “Elxan AFFA” kimi həmişə nifrətlə xatırlayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA-nın ən böyük səhvi müqavilə bağlanarkən milli komandanın baş məşqçisi Canni de Byazinin qarşsıına heç bir hədəf, məqsəd qoyulmamsıdır.

Hər halda Byazi özü media açıqlamalarında bunu dəfələrlə vurğulayıb.

Məqşçinin qarşısına məqsəd qoyulmursa, pul verib, amma nəticə tələb edilmirsə, o, özünü elə de Byazi kimi rahat aparacaq.

Təsvvür edin, Byazinin komandası 2 oyunda 9 qol buraxıb. Təcili Bakıya gəlib, uğursuzluqla bağlı AFFA-ya hesabat verməli olduğu halda, birbaşa İtaliyaya uçaraq orada katoliklərin hansısa dini bayramına qatılmağı üstün tutub.

Adam aldığı məvacibin qarşılığında nəticə verməsə belə, bu qədər rahatdır yəni. Əlbəttə, bizim futbolun hazırda problemi yalnız de Byazi deyil.

Baş məşqçi, sadəcə, AFFA-nın idarəetmə sistemində olan problemin üzə çıxardığı çoxsaylı problemlərdən biridir.

Bütün bunları İctimai Televiziyanın “Sabaha saxlamayaq” verilişində deməyə vaxtımız olmadı. Proqramın qonaq sayı çox olduğundan, reqlamentə əməl etməli idik.

Daha çox da AFFA-nın uşaq futbolu ilə bağlı illərdir dəyişməyən nağılı vaxt apardığından, “Sabaha saxlamayaq”da deyə bilmədiklərmiz bu günə qaldı.

Verilişin yaradıcı heyətinə açıq polemika üçün yaratdığı imkana görə təşəkkür. Amma orada suallara cavab verəsi şəxs Sərxan Hacıyev yox, ilk növbədə Elxan Məmmədov, sonra da Rövnəq Abdullayev olmalı idi.

Düzü, cəmi 1 ildir AFFA-nın baş katibi postunda oturan, əvvəlki illərdə isə Elxan Məmməıdovun müavini kimi heç bir səlahiyyəti olmayan Sərxan Hacıyevin indi medianın, top-tüfəngin qabağına verilməsini görəndə, «İstintaq» filmindəki məşhur bir səhnə yadıma düşdü.

Elxan Məmmədovun Parisə qaçıb FİFA-nın qanadı altına sığınmasının əvvəlcədən də təxmin etdiyimiz kimi məqsədi budur: gələn il AFFA-da seçkidir, bu rəhbərlik tam heyətlə göndərilir,