Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) bazar günü gecə Baş nazir İmran Xana etimadsızlıq göstərib.
7Times.az xəbər verir ki, baş nazir vəzifəsini icra edən İmran Xana etimadsızlığın leyhinə 342 deputatdan 174-ü səs verib.
Parlamentə etimadsızlıq səsverməsi nəticəsində İmran Xanın hökuməti istefaya gedib.
İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub.