İngiltərə Premyer Liqasının 7-ci turunun “Tottenhem” – “Liverpul” (2:1) matçında VAR hakimi olan Darren İnqlandla Daniel Kuk cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.
Hakimlərin 8-ci turda təyinat alşayabağı bildirilir. Halbuki, İnqland və Kukun “Nottinqem Forest” – “Brentford” və “Fulhem” – “Çelsi” oyunlarına təyinatı gözlənilirdi.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 7-ci turunda “Tottenhem”in “Liverpul”la qarşılaşmasında Mersisayd təmsilçisinin futbolçusu Luis Diazın vurduğu təmiz qol matçın baş hakimi tərəfindən qeudə alınmayıb. VAR sistemi də epizoda müdaxilə edilməyib.
Follow @7timesaz