Rusiyalı hərbi ekspert İqor Korotçenko Konstantin Zatulini yerində oturdub.
7times.az xəbər verir ki, “60 dəqiqə” verilişinin 1 gün qabaqkı buraxılışında maraqlı anlar yaşanıb. Korotçenko ermənipərəst Zatulini həqiqətləri ilə susdurub.
İqor Korotçenko erməni lobbiçisinə: “Sus! Jirinovski artıq sənin haqqında hər şeyi deyib!”, – deyə susmağa vadar edib.
Daha bir maraqlı epizod da baş verib. Belə ki, Korotçenkonun “Azərbaycana silahlı təcavüz etmiş Ermənistan…” ifadəsi aparıcılıar Skabeyeva və Popovu özündən çıxarıb, mənən infarkt keçiriblər. Onlar Korotçenkonun sözünü kəsməyə çalışıblar və bu barədə danışmamağı tələb ediblər.
Dövlət səviyyəli kanal üçün təəssüflər doğuran məqamdır. Sonra da deyirlər azərbaycanlılar, o cümlədən Azərbaycan rusları Rusiyaya niyə mənfi münasibət bəsləyir?!
Nə qədər ki, Rusiyada belə qərəzli, birtərəfli televiziyalar var, biz qonşularımızla dostluq münasibətlərini itirməyə davam edəcəyik.
Korotçenkonun həmin çıxışını təqdim edirik://KONKRET.az