Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.
Bu barədə “Report” “İRİB” teleradio yayım korporasiyasına istinadən xəbər verir.
Qeyd olunub ki, imzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi iştirak edib.
Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.
Follow @7timesaz