Siyasət

İran Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi

İran Azərbaycanı qələbə münasibəti ilə təbrik etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik”.

7times.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyevlə bugünkü görüşündə bildirib.

“İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq”, – deyə nazir vurğulayıb.