Hərbi

İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib

İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrailin Hərbi Hava Qüvvələrinin iki bazasına və bu ölkənin kəşfiyyat xidməti “Mossad”ın qərargahına hücum edib.

7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri bildirib.

“Bu gecə (dünən-red) biz “Mossad”ın qərargahına, Nevatim və Hatzerim hava bazalarına, həmçinin (raket əleyhinə müdafiə-red) radarlarına və İsrail tanklarına hücum etdik”, – Baqeri bildirib.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Evin məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. Raket zərbələri səbəbindən İsrail, İraq, İordaniya və Livan hava məkanını bağlayıb.