Dünya

İran Ordusu ABŞ-nin İordaniyadakı bazasına hücum edib

İran Ordusu ABŞ-nin İordaniyadakı bazasına hücum edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin İordaniyadakı Əl-Əzrəq (Müvəffəq Salti) bazası İran Ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə hücumuna məruz qalıb.

“7Times.az” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

“Əl-Əzrəq bazasında ABŞ Ordusunun maddi-texniki təminat və dəstək avadanlıqları anbarı, qüvvələrin yerləşmə məkanları PUA-ların hədəfinə çevrilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, ABŞ-nin İordaniyadakı “Müvəffəq Salti” aviabazası avadanlıqları və yüksək insan resursları potensialı ilə regionun ən mühüm hərbi mərkəzlərindən, ABŞ və müttəfiqlərinin əsas hərbi obyektlərindən biri hesab olunur.