Son günlər ermənilər özlərini İrana yaxın hiss edib, Rusiyaya acıq verirlər. Cavab olaraq rusiyalı siyasi ekspertlər İran-Ermənistan yaxınlaşmasının Ermənistan üçün yaxşı nəticələnməyəcəyinə dair açıq fikirlər səsləndirir. Ermənistan isə İranla yaxınlaşıb Rusiyanı qısqandırmağa çalışır. Həmişəki kimi siyasətlə, ənənəvi məşğuliyyətlərini qarışıq salırlar. Ermənilər bir kərə anlamır ki, ölkələri Rusiyanın “bordeli”dir və Rusiya onları istədiyi vaxt sevəcək, istədiyi vaxt döyəcək. Amma başqa bazarda işləmələrinə əsla razı olmayacaq. Yəni ermənilər çəhrayı alt paltarlarını geyinib iranlılara xoş gəlmək istəsələr belə, bu yeni məşuq axtarışı nəticəsiz qalacaq. Çünki Rusiya onları heç kimə verən deyil…
Son günlər bölgədə baş verən aşkar prosesləri təhlil edəndə görərik ki, İranın qazı yaxın günlərdə alınacaq.
-Füzuli hava limanına ilk rəsmi səfər Tatarıstandan (RF) olur.
-Cəbrayılda Rusiya kapitallı “KAMAZ”ın servis mərkəzinin təməli qoyulur.
-Prezident İlham Əliyev yüzlərlə texnikanın içərisində “Harop”a toxunaraq gülümsünür və təbəssümü ilə subliminal mesaj verir.
-Gürcüstan İran maşınları üçün manelər yaradır.
-Azərbaycan İranın Naxçıvana uçan hərbi təyyarələr üçün hava məkanının bağlamasına cavab olaraq Bakıda İrana aid iki şər yuvasını bağlayır və s.
Bildiyiniz kimi, sabah Moskvada Rusiya və İran xarici işlər naziri görüşəcək. Böyük ehtimal ki, Cənubi Qafqazda digər bir kənar iştirakçını görmək istəməyən Rusiya İrana başından böyük qələtlər etməməsi üçün xəbərdarlığını edəndən sonra İran başlayacaq siyasi artistliyə ki, bəs mehriban qonşuluq, tarixi dostluq filan. Biz qonşuluğumuzdakı zəhərli ilanın tez-tez qabıq dəyişməsinə öyrəşikliyik…
Həə, artıq İran Əfqanıstan sərhəddində də vəziyyət yaxşı deyil. İran üçün yaxın gələcəkdə o bölgədə qəşəng “sürprizlər” olacaq deyəsən. Belə də ki, bunun bizə heç dəxli yoxdur. Nə çanaqları, xata-bəlaları var öz başlarında çatlasın və gec-tez çatlayacaq da. İran adlı dövlət Yaxın Orta Şərqin yeni xəritəsində daha kiçik və ümidsiz bir sərhədlərə sahib olacaq. Bu sadəcə zaman məsələsidir…
Əli Məhərrəmli
Follow @7timesaz