Ölkə

İrandan gələn narkotik dolu qayıq… – Neftçalada geniş əməliyyat keçirildi

İrandan gələn narkotik dolu qayıq… – Neftçalada geniş əməliyyat keçirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İrandan gələn narkotik yüklü qayıq Xəzər dənizinin Neftçala sahillərində saxlanılıb.
Bu barədə 7Times.az  -a Neftçala sakinləri bildiriblər.
Onların dediyinə görə, Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları dəniz sərhədlərinin mühafizəsi və narkotik qaçaqmalçılığı ilə mübarizə tədbirləri çərçivəsində dünən geniş əməliyyat keçiriblər.
Əməliyyat zamanı İrandan gələn və Neftçala istiqamətindən Azərbaycanın ərazi sularına daxil olan qayıq saxlanılıb. Qayığın içində külli miqdarda narkotik maddələr aşkar olunub.
Qayığın heyəti həbs olunub. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son vaxtlar Nefçalada bir neçə analoji əməliyyat keçirilib.