Dünya

İranın Baş Qərargahının iki generalı öldürülüb

İranın Baş Qərargahının iki generalı öldürülübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu və kəşfiyyat orqanlarının İrana qarşı həyata keçirdiyi hücum əməliyyatı zamanı İranın daha iki yüksək rütbəli hərbçinin öldürüldüyü iddia edilir.

“7Times.az” teleqram kanallarına istinadla bildirir ki, İran Baş Qərargahının əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani və kəşfiyyat rəhbəri General Qulam Rza Mehrabi İsrailin endirdiyi zərbələr nəticəsində qətlə yetirilib.

Xatırladaq ki, hücumlar zamanı 20-dən artıq yüksək rütbəli İran hərbçisinin və 6 nüvə üzrə alimin qətlə yetirildiyi bildirilir.